"Bavariya"nın yarımmüdafiəçisi Coşua Kimmix Münhen klubundan ayrıla bilər. Futbolpress.az xəbər verir ki, "Barselona" futbolçu ilə yaxından maraqlanır. Onun klubla müqaviləsi 2025-ci ilin yayına qədərdir. 28 yaşlı futbolçu ötən mövsüm "Bavariya"nın heyətində bütün turnirlərdə 47 oyun keçirib, 7 qol vurub, 11 məhsuldar ötürmə edib.