"Barselona" "Bavariya"nın futboçusuna "elçi" düşdü
"Bavariya"nın yarımmüdafiəçisi Coşua Kimmix Münhen klubundan ayrıla bilər.
Futbolpress.az xəbər verir ki, "Barselona" futbolçu ilə yaxından maraqlanır.
Onun klubla müqaviləsi 2025-ci ilin yayına qədərdir.
28 yaşlı futbolçu ötən mövsüm "Bavariya"nın heyətində bütün turnirlərdə 47 oyun keçirib, 7 qol vurub, 11 məhsuldar ötürmə edib.