Almaniyalı futbolçu İlkay Gündoğan karyerasını yenidən "Mançester Siti"də davam etdirəcək.Manset.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb. Gündoğan 2016-2023-cü illər aralığında "Mançester Siti"nin formasını geyinib. O, son olaraq İspaniyanın "Barselona" komandasında çıxış edib.