Bakı. Trend:
Zaqatalada iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzasıolub.
Trend-inməlumatına görə, bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regionalqrupundan bildirilib.
“Opel” markalı avtomobil BMW ilə toqquşduqdan sonra ağacaçırpılıb.
Nəticədə “Opel”də olan sərnişinlər - 1979-cu il təvəllüdlüTelman Mirzəbəyov və 1987-ci il təvəllüdlü Sərcahan Musayevaaldıqları xəsarətlərdən hadisə yerində həlak olublar.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.