RU

FHN Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə birgə marşallar üçün təlimlər keçirib

Bakı. Trend:

Formula-1 Qatar Airways Azərbaycan Qran Prisi 2024-ə hazırlıqçərçivəsində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında yanğındanmühafizə və xilasetmə üzrə ixtisaslaşmış marşallar üçün növbətitəlim keçirilib.

Trend xəbər verir ki, FHN-in Baş əməliyyat idarəsi və Bakı ŞəhərHalqası Əməliyyat Şirkəti tərəfindən təşkil olunan təliminkeçirilməsində məqsəd yarışlar zamanı baş verə biləcək yanğınlarınqarşısının alınması və onun fəsadlarının çevik şəkildə aradanqaldırılması üçün marşalların bacarıq və təcrübələrinin artırılmasıolub.

Nəzəri və praktiki hissələrdən ibarət təlimdə 200 nəfərə yaxınmarşal iştirak edib ki, onlardan 68 nəfərini FHN-in peşəkaryanğınsöndürən və xilasediciləri təşkil edir.

Təlimin nəzəri hissəsində tədbir iştirakçılarına Bakı ŞəhərHalqasının yanğınsöndürən marşallar komandası tərəfindən yanğıntəhlükəsizliyi, mümkün belə hadisələrin qarşısının alınması vəxilasetmə tədbirlərinin təşkili istiqamətində onlarınbacarıqlarının möhkəmləndirilməsi məqsədilə təqdimatlar edilib.

Praktiki hissədə isə FHN-in peşəkar yanğınsöndürən vəxilasedicilərinə yanğın təhlükəsizliyi və xilasetmə işlərindəistifadə olunan xüsusi texnika və avadanlıqlarla davranış qaydalarıəyani şəkildə izah olunub.

Bu ilin iyun ayından başlayan təlimlər artıq 5-ci dəfədirkeçirilir.

Qeyd edək ki, növbəti Formula 1 Azərbaycan Qran Prisi bu ilinsentyabrın 13-dən 15-dək Bakıda keçiriləcək. Yarış müddətindəFövqəladə Hallar Nazirliyinin 30 ədəddən çox xüsusi texnikası və400 nəfərə yaxın canlı qüvvəsinin cəlb olunması nəzərdətutulub.

Избранный
189
16
az.trend.az

10Источники