RU

Əliyar Ağayev Cenevrəyə gedir - UEFA seminarında iştirak edəcək

Azərbaycanın ən təcrübəli hakimlərindən biri, FIFA referisi Əliyar Ağayev UEFA-nın seminarında iştirak edəcək.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

İsveçrənin Cenevrə şəhərində keçiriləcək tədbir elit kateqoriyalı və 1-ci dərəcəli hakimlər üçün nəzərdə tutulub.

Seminar sentyabrın 2-4-ü aralığında baş tutacaq. Əliyar Ağayev belə seminarlarda iştirak etməklə gələcəkdə UEFA-dan daha məsuliyyətli oyunlara təyinat almaq imkanı əldə edir.

Избранный
250
12
arena.az

10Источники