Azərbaycanın ən təcrübəli hakimlərindən biri, FIFA referisi Əliyar Ağayev UEFA-nın seminarında iştirak edəcək.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
İsveçrənin Cenevrə şəhərində keçiriləcək tədbir elit kateqoriyalı və 1-ci dərəcəli hakimlər üçün nəzərdə tutulub.
Seminar sentyabrın 2-4-ü aralığında baş tutacaq. Əliyar Ağayev belə seminarlarda iştirak etməklə gələcəkdə UEFA-dan daha məsuliyyətli oyunlara təyinat almaq imkanı əldə edir.