RU

93 ildən sonra ilk dəfə: İtaliya hərbi gəmiləri bu ölkəyə getdi

İtaliya Hərbi Dəniz Qüvvələrinə məxsus müxtəlif gəmilər son 93 il ərzində ilk dəfə Yaponiyaya gedib.

Publika.az xəbər verir ki, iyulun əvvəlində Los-Ancelesdən yola düşən, Havay adalarında dayandıqdan sonra dənizdə ən uzun marşrutu (3630 mil) qət edən “Ameriqo Vespuççi” adlı tarixi yelkənli təlim gəmisi “Vespucci World Tour” çərçivəsində avqustun 26-da Tokioya çatıb.

Yelkənli gəmi ilə yanaşı, göyərtəsində həm İtaliya Hərbi Hava Qüvvələrinə, həm də İtaliya Hərbi Dəniz Qüvvələrinə məxsus təyyarələrin olduğu “Cavour” təyyarədaşıyan gəmisi, eləcə də “Alpino” və “Montecuccoli” freqatları Yaponiyaya gəlib.

Gəmilərin qarşılama mərasimində İtaliyanın müdafiə naziri Quido Krosetto və yaponiyalı həmkarı Minoru Kihara iştirak ediblər. İtaliyalı nazir ölkəsinin Hind-Sakit okean regionunda, o cümlədən Yaponiyada müdafiə və təhlükəsizliyin davamlığında maraqlı olduğunu bildirib.

Избранный
45
3
publika.az

4Источники