Kiçik yaşlı uşaqlarda ən çox təsadüf edilən travma – kəllə-beyin travmasıdır. Bunun da əsas səbəbi uşağın yıxılmasıdır. Uşaqlar çarpayı, stul, divan və s. hündürlüklərdən əksər hallarda başıaşağı olmaqla yıxılırlar. Bunun da səbəbi var. Saglamolun.az bildirir ki, böyüklərdə baş, ümumi bədən uzunluğunun 1/8 hissəsini təşkil edirsə, uşaqlarda bu rəqəm ¼ hissəyə bərabər olur, yəni onların başı böyüklərlə müqayisədə bədənlərinə nisbətən daha ağır olur. Bundan əlavə böyüklər yuxıldıqda reflektor olaraq başlarını qoruyurlar - əllərini qabağa verirlər və s. Uşaqlarda bu qoruyucu refleks formalaşmamış olur.Saglamolun.Az