
Astana, 27 avqust, AZƏRTAC
Qazaxıstanın milli iqtisadiyyat naziri Nurlan Baybazarov hökumətin son iclasında 2029-cu ilədək neft hasilatının 104,8 milyon tona çatdırılacağını açıqlayıb.
AZƏRTAC Qazaxıstan hökumətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, nazir Baybazarov neft hasilatının həcminin 2025-ci ildə 97,2 milyon ton olacağını deyib. Bu həcm 2029-cu ildə 104,8 milyon tona qədər artacaq.
Qeyd edək ki, Qazaxıstan 2024-cü ildə 90,3 milyon ton neft hasil etməyi nəzərdə tutur.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana