RU

“Oyundan əvvəl divar çəkərdim”

“100-cü matç olduğunu bilsəydim, oyundan əvvəl divar çəkərdim ki, mənə qol vura bilməsinlər”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında ötən tur “Sumqayıt”ın heyətində 100-cü oyununu keçirən Mehdi Cənnətov deyib.

Qapıçı “Sabah”a 1:3 hesabı ilə uduzduqları matçdakı yubileyindən danışıb: “Düzünü desəm, elə bilirdim ki, “Sumqayıt”ın heyətində artıq 100-dən çox oyun keçirmişəm. Təbii ki, bu qədər matç oynadığım üçün çox məmnunam və qürur duyuram. İnşallah qarşıda hələ böyük oyunlarımız var. Təbii ki, uduzduğumuz üçün üzüldük. Çox məyusedici məğlubiyyət oldu. Daha yaxşı oynaya bilərdik. Amma “Sabah”ın da haqqını vermək lazımdır. Onlar həmin gün bizdən daha yaxşı idilər. Lakin yeni mövsümdə bir öncəkindən daha yaxşı oyun və nəticə göstərmək istəyirik”.

Qeyd edək ki, yubilyarın Premyer Liqada debütü 2017-ci il avqustun 26-da “Zirə” ilə səfər matçında (1:3) gerçəkləşib. 2017-21-ci illərdə “Sumqayıt” forması geyinən qapıçı, 2023-cü ilin yayında yenidən komandaya qayıdıb. O, Sumqayıt”da keçirdiyi 100 oyunda 124 qol buraxıb.

GÜNAY SÜLEYMANOVA

Избранный
103
2
futbolinfo.az

10Источники