“Şamaxı”nın portuqaliyalı qapıçısı Rikardo Fernandesin futbolinfo.az saytına müsahibəsi
– Son matçda “Zirə”yə 1:0 hesabı ilə qalib gəldiniz. Təəssüratlarınız necədir?
– Hər iki komanda üçün yaxşı oyun idi. Vacib olan odur ki, biz yaxşı çıxış etdik. Göstərdiyimiz oyun qələbəyə layiq olmağımızın sübutu idi. 3 xala görə sevinirik.
– Bu qalibiyyəti gözləyirdiniz, yoxsa heç-heçə sizin üçün yaxşı nəticə idi?
– “Zirə” əla komandadır, amma biz hər gün yaxşı nəticələr üçün çalışırıq, üzərimizdə işləyirik. İstəyirik ki, bacardığımızın ən yaxşısını edək. Bütün oyunlara qələbə üçün çıxırıq. “Zirə” ilə matçdakı nəticə əməyimizin bəhrəsi idi.
– Azərbaycan çempionatı sizdə hansı təəssürat yaratdı?
– Fikrimcə, mübarizənin yaxşı olduğu liqadır, bütün komandalar nəticəyə oynayır. Burada yaxşı nəticə qazanmaq üçün əlindən gələni etməlisən.
– “Şamaxı”nın ev oyunlarını keçirdiyi stadion süni örtüklüdür. Bu cür arenada əvvəllər çıxış etmisən?
– Burada stadionlar fərqlidir. Mən Portuqaliyada böyük stadionlarda çıxış etmişəm. Böyük komandalara qarşı oynamışam, hansı ki, arenada 15,20 və ya 30 min azarkeş olurdu.
– Hansı komandalarla mübarizə aparmaq çətin olacaq?
– Bütün komandalarla çətin olacaq. Heç bir rəqibi asan məğlub etmək olmaz. Amma biz istənilən halda öz oyunumuza baxırıq. Mənim hədəfim kollektivimlə bir yerdə uğurlu olmaqdır.
– Qarşıda “Neftçi” ilə oyun var. Rəqib iddialı komanda olsa da, bu mövsüm qələbəyə həsrətdir…
– Bizim mövsümdə evdə ilk oyunumuz olacaq. Maksimum gücümüzlə çalışacağıq. Həfəfimiz qələbə qazanmaqdır.
FƏRİD