RU

“Neftçi”dən yeni transfer

"Neftçi" heyətini yeni futbolçu ilə gücləndirib.

Yenisabah.az xəbər verir ki, bu barədə klubdan məlumat verilib.

Bildirilib ki, paytaxt təmsilçisi qambiyalı hücumçu Dembo Darbo ilə 2 illik müqavilə imzalayıb.

O, Bakı klubunda 22 nömrəli forma altında çıxış edəcək.

Qeyd edək ki, bundan əvvəl müqavilə ilə BƏƏ-nin "Əl-Nəsr" klubuna məxsus olan Darbo icarə əsasında Qazaxıstanın "Astana" və "Ordabaşı" klublarında çıxış edib. Sonuncu mövsümdə Qazaxıstan çempionatında 8 oyunda meydana çıxıb, 3 qol və 1 məhsuldar ötürmə müəllifi olub. Baş məşqçi Roman Qriqorçukun rəhbərliyi altında Soliqorsk "Şaxtyor"unda oynamış mərkəz hücumçusu 2021-ci ildə Belarus çempionatının və Superkubokunun qalibi olub. O, Qambiya milli komandasında 5 oyun keçirib.


Telegram kanalımız
Избранный
85
32
yenisabah.az

10Источники