RU

Kaxaber Sxadadze: “Hər şey istədiyimiz kimi oldu”

“Qəbələ”nin gürcüstanlı baş məşqçisi Kaxaber Sxadadze “Cəbrayıl”a qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Arena.az xəbər verir ki, “Qəbələ” 2024/2025-ci illər mövsümünə hazırlıq çərçivəsində ötən gün “Cəbrayıl”la yoxlama oyunu keçirib.

“Qırmızı-qaralar”ın 4:1 hesabı ilə qalib gəldiyi matçdan sonra komandanın baş məşqçisi Kaxaber Sxadadze fikirlərini klubun rəsmi saytına açıqlayıb:

“Yoldaşlıq oyunu idi. Əlbəttə ki, nəticə olaraq razı qaldım. Meydança amilinin bizə çətinlik yaradacağını bilirdik. Buna baxmayaraq, öhdəsindən gəlməyi bacardıq, meydanda istədiyimi görə bildim. Lakin, yenə də üzərində işləməli olduğumuz məqamlar var. Yoldaşlıq oyunları da məhz bunun üçündür ki, hansı detal üzərində işləməli olduğunu görə biləsən. Nəticə etibarilə, komandamdan razı qaldım, hər şey istədiyimiz kimi oldu”.

Qeyd edək ki, “Qəbələ” 2024/2025 mövsümündə Birinci Liqada mübarizə aparacaq.

Избранный
54
8
arena.az

10Источники