RU

Andrea Pirlo İtaliya klubundan göndərilib

İtaliyanın \"Sampdoriya\" klubu baş məşqçisi Andrea Pirlonu istefaya göndərib.

45 yaşlı mütəxəssis B Seriyasının III turunda \"Salernitana\"ya məğlubiyyətdən sonra komanda ilə yollarını ayırıb.

Qeyd edək ki, ötən mövsüm A Seriyasına yüksəlmək üçün mübarizə aparan \"Sampdoriya\" kollektivi çempionatı 55 xalla 7-ci pillədə başa vurmuşdu.
Избранный
146
6
azxeber.com

9Источники