RU

"Nöqsanlarımız çoxdur" - Rasim Ramaldanov

style='margin-bottom:10px;'>

"Sumqayıtda oynamaq həmişə xoşdur. Dinamik və hücum futbolu oldu. Komandamız yaxşı oynadı. Qoldan sonra bir az geriyə çəkildik. Bəzi şeylər alınmırdı".

QOL.az xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan"ın məşqçisi Rasim Ramaldanov Misli Premyer Liqasının 5-ci turunda bu gün "Sumqayıt"a qalib gəldikləri səfər oyunundan sonra mətbuat konfransında deyib.

O, komandanın hesabda öndə olarkən arxayınlaşmasının onlar üçün siqnal olduğunu bildirib: "Komanda qol vurandan sonra müdafiəyə oturur. Vaxtımız var. Bunun üzərində işləyəcəyik. Qoldan sonra da dinamik futbol oynamağa çalışmalıyıq. Nöqsanlarımız çoxdur. Yeni oyunçular bir-birinə uyğunlaşmayıblar. Çalışacağıq ki, nöqsanları aradan qaldıraq. Fasilə bizim xeyrimizə olacaq".

R.Ramaldov qeyd edib ki, qarşılarına konkret hədəf qoymayıb: "Amma biz bacardığımızın ən yaxşısını etmək istəyirik. Avrokuboklara vəsiqə alınsa, lap yaxşı olar. Alınmasa da, yolumuza davam edəcəyik".

Избранный
110
2
teleqraf.com

2Источники