RU

Rasim Ramaldanov: "Bacardığımızın ən yaxşısını etmək istəyirik"

"Araz-Naxçıvan" Misli Premyer Liqasının 5-ci turunda səfərdə "Sumqayıt"ı 1:0 hesabı ilə məğlub edib. "Araz-Naxçıvan" Misli Premyer Liqasının 5-ci turunda səfərdə "Sumqayıt"ı 1:0 hesabı ilə məğlub edib. Matc.az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin məşqçisi Rasim Ramaldanov oyndan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb: - Sumqayıtda oynamaq həmişə xoşdur. Dinamik və hücum futbolu oldu. Futbolçularımıza təşəkkür edirəm, yaxşı oynadılar. Qoldan sonra bir az geriyə çəkildik. Bəzi şeylər alınmırdı. Amma qələbə həmişə yaxşıdır. - Hesabda önə keçəndən sonra sanki komanda arxayınlaşır. Bunun səbəbi nədir? - Bu, bizə siqnal oldu. Komanda qol vurandan sonra müdafiəyə oturur. Vaxtımız var. Bunun üzərində işləyəcəyik. Qoldan sonra da dinamik futbol oynamağa çalışacağıq. - Milli fasilə komandaya necə təsir edəcək? - Yaxşı və ya pis olacağı bilinmir. Nöqsanlarımız çoxdur. Yeni oyunçular bir-birinə uyğunlaşmayıblar. Çalışacağıq ki, nöqsanları aradan qaldıraq. Fasilə bizim xeyrimizə olacaq. - Qarşınıza hansı hədəf qoyulub? - Konkret hədəf qoymayıblar. Amma biz bacardığımızın ən yaxşısını etmək istəyirik. Avrokuboklara vəsiqə alınsa, lap yaxşı olar. Alınmasa da, yolumuza davam edəcəyik.    

Избранный
58
4
matc.az

7Источники