RU

Azərbaycanın stolüstü tennisçiləri növbəti təlim-məşq toplanışında

Azərbaycanın

Bakı, 2 sentyabr, AZƏRTAC

Azərbaycanın 2014-cü il və daha kiçik təvəllüdlü stolüstü tennisçiləri növbəti təlim-məşq toplanışına qatılıblar.

Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Xaçmaz Olimpiya İdman Kompleksində keçiriləcək hazırlıq prosesində 8 oğlan, 8 qız iştirak edəcək.

Onlar sentyabrın 8-dək məşqçilər Qulu Quliyev, Zakir Cavadov, Məryəm İmanova və Billurə Eminovanın rəhbərliyi ilə bacarıqlarını artıracaqlar.

Təlim-məşq toplanışı seçim əsasında formalaşmış heyətin beynəlxalq yarışlara hazırlığı məqsədilə təşkil olunub.

 

Избранный
99
8
azertag.az

10Источники