
"Turan Tovuz” Azərbaycan Premyer Liqasında rekordu təkrarlayıb.Qaynarinfo xəbər verir ki, Kurban Berdiyevin baş məşqçisi olduğu komanda buna ilk 5 turda qol buraxmamaqla nail olub."Turan Tovuz”dan öncə 5 start oyununda qol buraxmayan sonuncu komanda "Qəbələ” olub. 2016/17 mövsümündə Dmitri Bezotosnı çempionatın ilk 5 turunda qol buraxmayan ilk legioner qapıçı kimi tarixə düşüb.