RU

İran prezidenti HƏMAS-dan nə tələb edib?

İran prezidenti İbrahim Rəisi noyabrın əvvəlində HƏMAS siyasi bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşdə hərəkat nümayəndələrindən Tehrana və Livanın Hizbullah partiyasına ünvanlanan İsraillə münaqişəyə girmək üçün ictimai çağırışları dayandırmağı tələb edib.

“İki sahil” xəbər verir ki, bu barədə "Reuters" Fələstin hərəkatının nümayəndəsinə istinadla məlumat yayıb.

Qeyd olunub ki, Tehran İsmayıl Haniyədən İran və Hizbullahı İsrailə qarşı tam güclə çıxmağa çağıran HƏMAS üzvlərini susdurmasını tələb edib.

Xatırladaq ki, oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının İsrail ərazisinə soxulması, 200-dən çox, o cümlədən uşaq, qadın və qocanın girov götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib.

Избранный
706
50
ikisahil.az

10Источники