UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində sentyabrın 8-də keçiriləcək Slovakiya – Azərbaycan oyunu öncəsi təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı bəlli olub. Matc xəbər verir ki, hər iki komandanın proqramını diqqətinizə çatdırırıq: 7 sentyabr Slovakiya milli komandası 16:15. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq (Slaviya Texniki Universitetinin meydançası) 19:00. Mətbuat konfransı (Koşitse Futbol Arenası) Azərbaycan milli komandası 17:15. Mətbuat konfransı (Koşitse Futbol Arenası) 18:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq (Koşitse Futbol Arenası) Tədbirlərin başlanma saatı yerli vaxtla göstərilib. Qeyd edək ki, Koşitse şəhərindəki Koşitse Futbol Arenasında keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта