RU

Tovuzda kütləvi dava: səbəbkar həbsxanadan necə çıxıb?

Xəbər verildiyi kimi, Tovuzda kütləvi dava olub. Hadisə ötən gün qeydə alınıb.

Mübahisə üzündən baş verən hadisə zamanı C. Xanmirzəyev E.Aliyevin ona döş qəfəsinin sağ ön səthinin və sol qoltuq altı nahiyənin kəsilmiş-deşilmiş yarası ilə müşayiət edilən xəsarətlər yetirib.
C.Xanmirzəyevə qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) ittiham irəli sürülmüşdü.

Bu ilin avqustunda isə Gəncə Ağır Cinayətlər Məhkəməsi onun barəsində ittihamedici hökm çıxarmışdı.
Köhnəqala kənd sakinlərindən birinin iddia etdiyinə görə, C. Xanmirzəyev bir il həbsdə qaldıqdan sonra azadlığa çıxıb.

“Bir də gördük ki, qəfil kənddə peyda oldu. Ailədə iki övlad olublar. Qardaşı rəhmətə gedib. Daima kənddə ətrafdakılara təhlükə yaradıb, mübahisələrin içində olub. Sonuncu hadisə də avtoritetlik üstündə olub. Bıçaqladığı şəxslərə “bura mənim ərazimdir” deyə hədə-qorxu gəlib. Bundan sonra onlar arasında mübahisə yaranıb. Ardınca onlar maşında əyləşərkən hər iki şəxsi bıçaqlayıblar. Bizə hələ də qəribə gəlir ki, o, həbsxanadan necə azad olunmuşdu”,-deyə kənd sakini bildirib.

Избранный
104
14
mia.az

9Источники