RU

“Bunu gizlətmək fikrində deyilik” - Sırski Ukraynanın itirdiyi “F-16”-dan danışdı

"Düşünürəm ki, araşdırmanın nəticələri yaxın zamanda hamıya məlum olacaq, biz bunu gizlətmək fikrində deyilik".

“AzPolitika” xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Aleksandr Sırski “CNN”-ə müsahibəsində deyib.

Qırıcının "dost atəşi" ilə vurulmasına dair iddialara cavab verən general deyib ki, nəticələr əldə olunana qədər heç bir şərh verə bilməz: “Bu təyyarələrdən istifadənin effektivliyi bir cüt “F-16” tərəfindən dörd qanadlı raketin məhv edilməsilə ilə sübut olunub. Buna görə də bu təyyarələr ilk növbədə düşmənin qanadlı raketlərinə qarşı mübarizədə, şübhəsiz ki, müdafiə qabiliyyətimizi gücləndirəcək”.

Sırski həlak olan “F-16” pilotu barədə də danışıb. O, qeyd edib ki, həmin pilot sözügedən uçuş zamanı iki qanadlı raketi vurub və üçüncünü vurmaq üçün hərəkətə keçibmiş. Bu zaman məlum hadisə baş verib və pilot həlak olub. Onun sözlərinə görə, Müdafiə Nazirliyinin komissiyası təyyarənin qəzaya uğraması ilə bağlı bütün faktları öyrənmək üçün araşdırma aparır.

“AzPolitika.info”

Избранный
348
12
azpolitika.info

10Источники