RU

Marşrut avtobusu piyadanı vurub öldürdü - FOTO

Bakı şəhər Sabunçu rayonu Bakıxanov qəsəbəsi Sakit Qocayev küçəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, dünən saat 22:20 radələrində 1962-ci il təvəllüdlü Akif Ələkbərli idarə etdiyi 46 saylı marşrut xətti üzrə "Daewoo" markalı avtobusla yolu keçən piyadanı vurub. Nəticədə 1971-ci il təvəllüdlü Elmidar Kazım oğlu Xudiyev aldığı ağır xəsarətlərdən vəfat edib.

Faktla bağlı Sabunçu RPİ-də cinayət işi açılıb, araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Избранный
22
13
milli.az

10Источники