RU

Xırdalanda yeni boks zalı istifadəyə verildi

Xırdalan şəhərində “Qızıl əlcək” İdman Klubunun yeni zalı istifadəyə verilib

Sportnet.az xəbər verir ki, mərkəzin açılışını bildirən qırmızı lenti Azərbaycan Boks Federasiyasının İdarə Heyətinin üzvü Rövşən Hüseynov kəsib.

Azərbaycan Dövlət Himninin səsləndirilməsindən sonra zal fəaliyyətə başlayıb. Qonaqlar burada yaradılan şəraitlə tanış olub, gələcək perspektivlərlə bağlı fikir mübadiləsi aparıblar. İlkin olaraq, burada 100-dək yeniyetmə və gənc boksun sirlərinə yiyələnəcək.

Qeyd edək ki, “Qızıl əlcək” İdman Klubunun filialları Bakı və Sumqayıtda da fəaliyyət göstərir.


Избранный
7
1
sportnet.az

2Источники