
Bakı, 16 noyabr, AZƏRTAC
Azərbaycanın dəniz xüsusi təyinatlıları Türkiyədə “Doğu Akdeniz-2023” beynəlxalq təlimində iştirak edəcəklər.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a məlumat verilib.
Bildirilib ki, Azərbaycan və Türkiyə Respublikasının Müdafiə nazirlikləri arasında hərbi əməkdaşlıq planına əsasən, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) Dəniz Xüsusi Təyinatlılar dəstəsinin bir qrup şəxsi heyəti Marmaris şəhərində keçirilməsi planlaşdırılan “Doğu Akdeniz-2023” beynəlxalq təlimində iştirak etmək üçün qardaş ölkədə səfərdədir.