RU

"Araz-Naxçıvan" "Kəpəz"ə qalib gəlib 3-cü pilləyə yüksəldi

Azərbaycan Premyer Liqasında VI tura start verilib.

Sportnet.az xəbər verir ki, açılış oyununda "Araz-Naxçıvan" "Kəpəz"i qəbul edib.

“Liv Bona Dea Arena”da baş tutan matçda meydan sahibləri qələbə qazanıb - 1:0.

Yeganə qolu 76-cı dəqiqədə Bernardi Diaş gəncəlilərin qapısına vurub.

Bu qələbədən sonra xallarını 10-a çatdıran "Araz-Naxçıvan" 3-cü pilləyə yüksəlib. Xalı olmayan "Kəpəz" isə sonuncudur.

Qeyd edək ki, tura sentyabrın 14-də və 15-də keçiriləcək görüşlərlə yekun vurulacaq.


Избранный
14
4
sportnet.az

10Источники