RU

"Neftçi" - "Qarabağ" oyununun yeri dəyişdi

Misli premyer-liqasının 7-ci turunda üz-üzə gələcək "Neftçi" - "Qarabağ" oyununun yeri dəyişdirilib.

"Football-plus.az" xəbər verir ki, “Neftçi”nin ev oyunlarını keçirdiyi “Neftçi Arena”da təmir və yenidənqurma işləri başa çatmadığına görə "ağ-qaralar" “Qarabağ”la matçın məkanının dəyişdirilməsi üçün PFL-ə müraciət edib.

“Qarabağ”ın rəsmi razılığını nəzərə alan qurum 7-ci turda baş tutacaq “Neftçi” - “Qarabağ” oyunu ilə 15-ci turun “Qarabağ” - “Neftçi” matçının yerini dəyişdirib. Qarşılaşma sentyabrın 20-də, saat 20.00-da "Azərsun Arena"da reallaşacaq.

Избранный
49
30
football-plus.az

10Источники