RU

Premyer Liqa: “Kəpəz”in ardıcıl 7-ci məğlubiyyəti!

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 7-ci turuna start verilib.

Arena.az xəbər verir ki, turun açılış matçı Tovuzda baş tutub.

Ev oyunlarını məhz Tovuz şəhər stadionunda keçirən “Kəpəz” burada “Şamaxı” ilə üz-üzə gəlib. Əvvəlki oyunlarında nəinki qələbəyə, hətta xala da həsrət qalmış Gəncə təmsilçisi siftəni yenidən elitaya qayıtmış “Şamaxı” ilə görüşdə gerçəkləşdirmək arzusundaydı. Amma gəncəlilər bu oyundan da xalsız ayrılıblar. Mövsümə uğurlu başlamış “Şamaxı” səfərdən inamlı qələbə ilə qayıtmaqla xalını 11-ə çatdırıb və 4-cü pilləyə yüksəlib.

Premyer Liqa
7-ci tur

20 sentyabr

“Kəpəz” – “Şamaxı” 0:2
Qollar: Brahim Konate, 16. Georgi Kantariya, 19.
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Kamran Bayramov, Nicat İsmayıllı.
VAR: Rauf Cabarov.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Tovuz şəhər stadionu.

Kəpəz: 1. Rojerio Santos, 2. İlkin Qırtımov, 99. Əli Səmədov, 12. Turan Manafov, 5. Rauf Hüseynli, 8. Elmir Tağıyev, 21. Camal Cəfərov, 26. Valdemar Almeyda, 78. Yeqor Xvalko (k), 19. Lassana Ndiaye, 77. Viktor Braqa.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 80. Tural Rzayev, 11. Orxan Əliyev, 7. Ehtiram Şahverdiyev, 70. Nicat Süleymanov, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 17. Ümid Səmədov, 15. Cavad Kərimov, 29. Dioqo Verdaska, 28. Redon Mihana, 10. Kərim Lkuça.
Baş məşqçi: Azər Bağırov.

Şamaxı: 1. Rikardo Fernandes, 4. Adil Nağıyev (k), 8. İlkin Muradov, 17. Rafael Məhərrəmli, 82. Rüfət Abbasov, 32. Vasili Radenoviç, 20. Leroy Mikels, 93. Brahim Konate, 7. Georgi Kantariya, 9. Belaydi Pusi, 66. Vasili Bakiç.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 62. Abdulla Seydəhmədov, 60. Səbayıl Bağırov, 10. Emin Zamanov, 80. Zahid Mərdanov, 5. Arsen Ağcabəyov, 13. Ramin Əhmədov, 6. Rauf Rüstəmli, 22. Qurban Səfərov, 24. Edqar Adilxanov, 19. Fəxri Məmmədli, 11. Conatan Benteke.
Baş məşqçi: Ayxan Abbasov.

Избранный
76
36
arena.az

10Источники