Bakı. Trend:
Azərbaycan millisinin hücumçusu Mahir Emreli bu gün AlmaniyanınII Bundesliqa klubu “Nürnberq”də debüt edə bilər.
Trend İdman.biz-əistinadən xəbər verir ki, “Bild” nəşri “Hamı Emreliyə ümidbəsləyir” başlığı ilə yazı paylaşıb.
Yazıda komandanın baş məşqçisi Miroslav Klozenin oyundan əvvəlMahirlə bağlı fikirləri yer alıb: “Mahir düz yoldadır. Amma o, hələ90 dəqiqə oynamağa hazır deyil. İnanıram ki, Emreli zamanı gələndəvəziyyəti dəyişəcək. Mahir bunu, hətta məşqlərdə də göstərdi”.
Qeyd edək ki, “Nürnberq” bu gün 6-cı turda “Herta”nı sınağaçəkəcək. Matç saat 15:00-da başlayacaq.