Azərbaycan millisinin futbolçusu Mahir Emreli "Nürnberq"in heyətində Almaniya II Bundesliqasında debüt edib. Matc.az xəbər verir ki, 28 yaşlı hücumçu VI turun "Herta" (Berlin) ilə ev matçının 39-cu dəqiqəsində meydana daxil olub. Forvard zədələnən komanda yoldaşı Benjamin Qolleri əvəzləyib. Hazırda oyunda ikinci hissə davam edir. Qarşılaşmada qonaq komanda hesabda öndədir - 1:0.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта