Misli premyer-liqasından sonra 1-ci və 2-ci liqalarda da "Ayın qolu" seçiləcək.
"Football-plus.az" xəbər verir ki, ilk qaliblər sentyabrda vurulan qollar əsasında məlum olacaq.
PFL tərəfindən hər liqada ayın “TOP-5” qolu müəyyənləşdiriləcək. Ardınca həmin qollar qurumun rəsmi feysbuk hesabında paylaşılacaq. İzləyicilər ən çox bəyəndikləri qolu emojilər vasitəsilə seçə biləcəklər. Nəticələr video paylaşıldıqdan 3 gün sonra elan ediləcək.
1-ci liqada “Ayın qolu”nun müəllifi 500 manat qazanacaq. 2-ci liqada isə həm “Ayın qolu”nu vuran futbolçu, həm də onun çıxış etdiyi klub 500 manat mükafat əldə edəcək.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта