RU

Premyer Liqa: "Kəpəz" və "Neftçi"nin qələbə həsrəti bitəcəkmi?

Misli Premyer Liqasında 8-ci turun oyunları keçirilir.

Sportnet.az xəbər verir ki, bu gün 2 oyun baş tutacaq.

Əvvəlcə “Zirə” “Kəpəz”i qəbul edəcək. Xala və qələbəyə həsrət olan Gəncə təmsilçisinin Zirədəki oyunda da şansları yüksək qiymətləndirilmir.

Digər oyunda isə “Neftçi” “Sumqayıt”la münasibətlərinə aydınlıq gətirəcək. "Ağ-qaralar” bu gün qələbə həsrətinə son qoymağa çalışacaq.

Daha öncə “Araz-Naxçıvan” “Səbail”ə 3:2 hesabıyla qalib gəlib. “Şamaxı” – “Turan Tovuz” və “Qarabağ” – “Sabah” oyunları sabah keçiriləcək.

Misli Premyer Liqası
8-ci tur

28 sentyabr

17:00. “Zirə” – “Kəpəz”
Hakimlər: Rauf Cabarov, Eyyub İbrahimov, Şirmamed Mamedov, Əli Əliyev.
Zirə İdman Kompleksinin stadionu.

19:30. “Neftçi” – “Sumqayıt”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Rəvan Həmzəzadə.
“Neftçi Arena".


Избранный
101
6
sportnet.az

7Источники