RU

Millimiz bu gün Rusiya ilə qarşılaşacaq

15 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Belarusun paytaxtı Minskdə təşkil olunan UEFA İnkişaf Turnirində bu gün ikinci oyununu keçirəcək. Matc.az xəbər verir ki, U-15 Bakı vaxtı ilə saat 16:00-da ABFF Təlim-Məşq Mərkəzində Rusiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Qeyd edək ki, komandamız turnir çərçivəsində ilk oyununda Belarus yığmasına 1:2 hesabı ilə məğlub olub. Millimiz son matçını oktyabrın 4-də saat 17:00-da Qazaxıstan seçməsinə qarşı keçirəcək.

Избранный
57
1
matc.az

10Источники