RU

Maşınların qatar qarşısına çıxmasının dəhşətli sitatisikası 

Bu il ADY-yə məxsus dəmir yolu keçidlərində avtomobil nəqliyyatı vasitələrinin qatarın qarşısına qəfil çıxması nəticəsində 5 nəfər ölüb, 9 nəfər xəsarət alıb.


Azərbaycan Dəmir Yollarından verilən məlumata görə, hərəkətdə olan qatarın qarşısına qəfil insan çıxması nəticəsində isə 5 nəfər həlak olub, 6 nəfər ağır xəsarət alıb.


"Özünüzün və başqalarının həyatlarını təhlükəyə atmamaq üçün dəmir yolu keçidlərindən keçərkən ehtiyatlı olun. Mütləq təyin olunmuş keçidlərdən istifadə edin!


19 noyabr Yol-nəqliyyat hadisələri qurbanlarının Ümumdünya Anım Günüdür. Yol-nəqliyyat hadisələri bir insanın, bir ölkənin və ya bir qitənin problemi deyil - bu hamımızı narahat edən qlobal məsələdir. Gəlin, qaydalara riayət edək, yollarımız daha təhlükəsiz olsun!" - ADY-nin məlumatında bildirilir.

Избранный
283
23
oxu.az

10Источники