Qrip, soyuqdəymə kimi yoluxucu bir virus infeksiyası olsa da, soyuqdəymədən daha şiddətli bir xəstəlikdir. Hər mövsüm milyonlarla insan qrip virusuna yoluxur. Bu bəzi insanlar üçün yüngül xəstəlik olsa da yaşlı insanlar, xüsusilə diabet və ya ürək xəstəliyi kimi sağlamlıq problemləri olanlarda təhlükəli ola bilir. Ancaq aparılan araşdırmalar belə bir təhlükə ilə üz-üzə gəlməmək və ya xəstəlikdən qısa müddətdə xilas olmaq üçün təbii qida və bitki çayların gündəlik istehlakının əhəmiyyətini ortaya qoyur.Saglamolun.Az