RU

Leo Doçerti Azərbaycan və Ermənistana gəlir: Təklif edəcək ki...

Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Leo Doçerti Cənubi Qafqaz ölkələrinə səfər edəcək.

Publika.az xəbər verir ki, bu barədə məlumatı Böyük Britaniyanın Ermənistandakı səfirliyi yayıb.

Səfirlikdən verilən məlumata görə, Doçerti səfər zamanı üç ölkənin suverenliyi və təhlükəsizliyinə dəstəyini ifadə edəcək. O, uzunmüddətli sülh və sabitliyə nail olmaq üçün Azərbaycan və Ermənistan arasında birbaşa danışıqlara ehtiyac olduğunu qeyd edəcək.

Doçerti regiona üçüncü səfəri zamanı Ermənistan və Gürcüstanda demokratik islahatları və Azərbaycanın bərpa olunan enerjiyə keçidinin təşviqini müzakirə edəcək.

“Rusiyanın cənub sərhədində yerləşən region münaqişələrin nəticələrindən qurtulmaqla yanaşı, demokratik yolla seçilmiş azadlıq və müstəqillik yolunun xeyrinə islahat gündəmlərini irəlilətməyə çalışmaqla yanaşı, kənar müdaxilələrə qarşı həssas olaraq qalmaqda davam edir”, - məlumatda deyilir.

Избранный
137
1
publika.az

2Источники