RU

Nazir müavini prokurorluq orqanlarına işə qəbuldan DANIŞDI

“Bu gün 50 vakant ştat vahidi üzrə növbəti 26-cı müsabiqədə 300-dən artıq namizəd qüvvəsini sınayır. İndiyədək işə qəbulla bağlı keçirilmiş 25 müsabiqədə uğur qazanmış 1203 hüquqşünas prokurorluq işçilərinin 89,1% faizini təşkil edir”.

Publika.az xəbər verir ki, bunu Baş prokurorun müavini Heydər Məmmədov jurnalistlərə açıqlamasında deyib.

H.Məmmədov bildirib ki, hazırda müsahibənin I-test mərhələsi keçirilir.

“Dövlət İmtahan Mərkəzi ilə əlaqəli şəkildə həyata keçirilən bu test mərhələsində, prokurorluq orqanlarına işə qəbul olunmaq arzusunda olan 300-dən artıq namizəd iştirak edir. Prokurorluq orqanlarında işə qəbulla bağlı imtahanlar ilk dəfə ulu öndər Heydər Əliyevin 2001-ci il 19 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnamənin tələblərinə əsasən keçirilib.

Избранный
205
13
publika.az

10Источники