RU

Azərbaycan millisinin futbolçusu: "Estoniya ilə matçda üç xal qazanacağımıza inanıram"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Estoniya ilə matçda üç xal qazanacağımıza inanıram".
"Report" xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Abbas Hüseynov Estoniya yığmasına qarşı keçirəcəkləri Millətlər Liqasının oyunundan öncə baş tutan mətbuat konfransında deyib.
29 yaşlı müdafiəçi sabah qələbə qazanmaq istədiklərini bildirib:
"Sabahkı oyuna yaxşı hazırlaşmışıq. Qələbə qazanmaq istəyirik. Əlimizdən gələni edib, meydandan yaxşı nəticə ilə ayrılmaq istəyirik. Komandada əhval-ruhiyyə yüksək səviyyədədir. Estoniya ilə matçda üç xal qazanacağımıza inanıram".
Qeyd edək ki, Estoniya - Azərbaycan qarşılaşması oktyabrın 11-də, Bakı vaxtı ilə saat 20:00-da "Lilleküla" stadionunda keçiriləcək.
Избранный
280
50
oxu.az

10Источники