Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində İngiltərə yığması ilə üz-üzə gələcək.
Apasport.az xəbər verir ki, Bristol şəhərindəki "Aşton Qeyt" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:30-da baş tutacaq.
Qarşılaşmanı xorvatiyalı referi İvana Martinçiç idarə edəcək.
Qeyd edək ki, hazırda F qrupunda Ukrayna 24 xalla liderdir. İngiltərə 22 xalla ikincidirsə, üçüncü pillədə olan Serbiyanın 13 xalı var. Şimali İrlandiya 10 xalla dördüncü, Lüksemburq 7 xalla beşincidir. 3 xala malik Azərbaycan millisi turnir cədvəlinin sonuncusudur.
"Sumqayıt"ı Vaqif Cavadov çalışdıracaq - RƏSMİ
Azərbaycan Kuboku: I təsnifat mərhələsinə yekun vurulub
"Neftçi"də gözlənilən təyinat: Çempion kluba döndü
Qəzənfər Abbasov: “Millimizin qələbə qazanacağını düşünürəm”
Saşa Yunisoğlu: "Futbolçularımız sanki unudub ki, onları azarkeşlər izləyir" - Müsahibə