RU

Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq turnirdə bürünc medal qazanıblar

Bakı, 16 oktyabr, AZƏRTAC

Azərbaycanın stolüstü tennisçiləri Birləşmiş Ərəb Əmirliklərində keçirlən “WTT Youth Contender” turnirində bürünc medal qazanıblar.

Azərbaycan Stolüstü Tennis Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, Rüstəm Hacılı - Aylin Əsgərova tandemi qarışıq qoşa, Onur Quluzadə ilə Yağmur Məmmədli isə şəxsi yarışlarda fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Qeyd edək ki, ev sahibi Birləşmiş Ərəb Əmirlikləri ilə yanaşı, Azərbaycan, İngiltərə, İtaliya, Polşa, Slovakiya, Rumıniya, Çin, Cin Taypeyi, Honq Konq, Yaponiya, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, İran, İraq, Filippin, Hindistan, Malaziya, Şri Lanka, Qətər, Benin, Qazaxıstan, Özbəkistan, Türkmənistan, İordaniya, Fələstin, Avstraliya, Misir və Nigeriya idmançılarının qatıldığı yarışa oktyabrın 17-də yekun vurulacaq.

 

Избранный
4
11
azertag.az

10Источники