RU

Yeni Azərbaycan Partiyasının yaradılması dövrün tarixi zərurəti idi

Bakı. Trend:

21 noyabr 2023-cü il tarixində Azərbaycanın eləcə də Regionunaparıcı siyasi partiyası olan Yeni Azərbaycan Partiyasınınyaranmasının 31 ili tamam olur. Yeni Azərbaycan PartiyasıAzərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində,ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycanziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır.Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxarabiləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış edərək və buməqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevinşəxsiyyəti ətrafında birləşdilər.

Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsilolunduğu təsis konfransı 1992-ci ilin noyabrın 21-də Naxçıvanşəhərində keçirilmişdi. Təsis konfransı Yeni AzərbaycanPartiyasının yaradılması haqqında qərar, partiyanın Proqram vəNizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdillikləpartiyanın sədri seçildi.Eyni zamanda partiyanın Siyasi Şurası,İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə müstəqilAzərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən YeniAzərbaycan Partiyası yarandı.

Yeni Azərbaycan Partiyasının üzvləri, Ulu Öndərin siyasi xəttinəsadiq qalaraq onun siyasətini müasir dünyada həyata keçirtmək üçünbütün səy və bacarıqlarını əsirgəmirlər. Bu siyasətə sadiqlikcəmiyyətimizdə yaşanan həmrəylikdən və Ulu Öndərə olan ümumxalqsevgisindən xəbər verir. Ulu Öndər Heydər Əliyevin xalqın təkidi,çağırışı ilə yenidən hakimiyyətə qayıdışı onun xilaskarlıqmissiyasının davamı demək idi. Bu həm də onun rəhbərlik etdiyi YeniAzərbaycan Partiyasının siyasi hakimiyyətə gəlişi və cəmiyyətinaparıcı qüvvəsinə, iqtidar partiyasına çevrilməsinə zəmin yaratmışoldu.

Ulu Öndər Heydər Əliyev cəmiyyətimizin aparıcı siyasi qüvvəsiolan Yeni Azərbaycan Partiyasını qısa zamanda inkişaf etdirdi.Özünün dediyi kimi “Dünənin, bu günün və sabahın partiyası”səviyyəsinə yüksəltdi.

31 il öncə Azərbaycanda yaranmış ağır siyasi durum yeni birtəşkilatın meydana gəlməsi zərurətini müəyyən etmişdi. Ulu ÖndərHeydər Əliyevin yaratdığı partiya ötən illər ərzində dayanıqlıinkişafın və siyasi sabitliyin təminatçısı kimi çıxış etmişdir.Qısa müddət ərzində ümumxalq partiyasına çevrilmiş Yeni AzərbaycanPartiyası yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurluyol keçmişdir.

Ulu Öndərin və onun qurucusu olduğu partiyanın ən böyükuğurlarından biri də siyasi varislik məsələsinin uğurla həlledilməsi, Azərbaycanın işıqlı gələcəyinə təminat yaradılmasıolmuşdur. Böyük dövlət xadimi, siyasətçi Heydər Əliyev 2003-cü ilinoktyabrın 1-də Azərbaycan xalqına müraciətində deyirdi;“Mənim hələtamamlanmamış çox perspektivli planlarım var. İnanıram ki, mənimaxıra çatdıra bilmədiyim taleyyüklü məsələləri, planları, işlərisizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək.Həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra daxalqımızın layiqli övladlarını öz ətrafında birləşdirərəkAzərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolundaçox işlər görəcəklər”.

Ulu Öndərin layiqli siyasi varisi cənab İlham Əliyev 2003-cüildə xalqın böyük əksəriyyətinin dəstəyini qazanaraq AzərbaycanRespublikasının Prezidenti seçildiyi vaxtdan Ümummilli Lider HeydərƏliyevin müəyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirərək UluÖndərin böyük arzularını yerinə yetirərək ölkəmizi daha yüksəkinkişaf mərhələsinə çıxartmışdır. Yeni Azərbaycan Partiyasının2005-ci il 26 mart tarixində keçirilmiş III qurultayında partiyanınyeni sədri-Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevseçilmişdir. Heydər Əliyev siyasi kursunu layiqincə davametdirməklə yanaşı, həm də dövlət idarəçiliyində yeni məktəbinyaradıcısı olan Prezident İlham Əliyevin müəyyənləşdirdiyi vəhəyata keçirilən hərtərəfli düşünülmüş daxili, xarici siyasətAzərbaycanın dövlət müstəqillliyini daha da möhkəmləndirir.

Yeni Azərbaycan Partiyasının Proqramında irəli sürülmüş əsasvəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik,hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavanhəyatının təmin edilməsidir.Partiya məfkurəsinin əsasını təşkiledən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcıtəkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ınqarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatıolaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasınışərtləndirmiş olur.

Yeni Azərbaycan Partiyası dövlətin konstitusiyası vəqanunvericiliyi çərçivəsində özünün Nizamnaməsi və Proqramıəsasında fəaliyyət göstərən, öz sıralarında Azərbaycanda hüquqidövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyətiqurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən siyasipartiyadır. Toplanmış müsbət təcrübənin qorunması vəzifəsini,habelə perspektiv strateji hədəfləri müəyyən etmiş YAP-nın VIIQurultayı ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisələrdənbiri oldu. Görülən işlər ölkənin uzunmüddətli dayanıqlı inkişafınıtəmin etməlidir və dövlətin milli maraqları daim qorunmalıdır.Dövlətin siyasi prioritetləri və beynəlxalq əməkdaşlıq vektorumilli maraqlar əsasında müəyyən olunur. Azərbaycanın regionaltəşəbbüslərinin əhəmiyyəti ildən ilə artır. Beynəlxalq müstəvidəfəal mövqe və qlobal təşəbbüslər Azərbaycana çoxlu sayda tərəfdaşqazandırıb. Güc faktoru beynəlxalq münasibətlər sistemində özaktuallığını qoruyub saxladığı üçün YAP hakim partiya olaraq özsiyasətini adekvat olaraq qurmalıdır. YAP-ın VII Qurultayında qəbuledilmiş qərar əsasında Yeni Azərbaycan Partiyasının yeniNizamnaməsi, 40 nəfər tərkibdə İdarə Heyəti, 13 nəfərdən ibarətTəftiş Komissiyası və yeni qurum olaraq YAP-ın Veteranlar Şurasının35 nəfərlik tərkibi təsdiq edilmiş, həmçinin partiyanın yeniProqramının hazırlanması və Gənclər Birliyinin formalaşdırılmasıtapşırılmışdır. Hazırda YAP-nın 720 830 üzvü var. Sürətlə dəyişənreallıq və müəyyən olunan yeni obyektiv amillər islahatlarındavamlı olaraq aparılmasını vacib vəzifə kimi müəyyən edir. Sonprezident və parlament seçkiləri ilə ölkəmizdə gedən islahatlardaha bir mərhələyə qədəm qoydu və bu gün Azərbaycan genişmiqyaslıislahatlar aparan ölkədir.

Yola saldığımız ötən illər göstərir ki, Yeni AzərbaycanPartiyasının qüdrəti öz əksini Ulu Öndərin tarixi prosesləriqabaqlayan müdrikliyində və dövlət başçısı Prezident cənab İlhamƏliyevin liderlik keyfiyyətlərində tapmışdır. Ölkə rəhbəritərəfindən müəyyənləşdirilərək gerçəkləşdirilən böyük iqtisadilayihələr, beynəlxalq aləmdə əldə edilən böyük uğurlar, dünyaazərbaycanlılarının birliyinin daha da möhkəmləndirilməsi, həyatakeçirilən uğurlu milli dirçəliş və dövlətçilik siyasəti eynizamanda Yeni Azərbaycan Partiyasının real gücünün ifadəsidir.

Ölkə Prezidenti, YAP-nın sədri cənab İlham Əliyev partiyanınfəaliyyət istiqamətlərini daha da genişləndirərək, Ulu Öndərinqarşıya qoyduğu amal uğrunda ətrafına yüz minlərlə insanı toplayabilib. Bu isə dünənin bu günün və gələcəyin partiyasının təməlindəyalnız xalq sevgisinin, etimadının dayandığını bir daha sübut edir.Məhz Heydər Əliyev yolunun, dövlətçilik konsepsiyasının cənabPrezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi vəinkişaf etdirilməsi müstəqil Azərbaycanı əsl tərəqqiyə qovuşdurmuş,regionda lider dövlətə çevirmişdir. Azərbaycan RespublikasınınPrezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi iləQəhrəman Azərbaycan Ordusu 2020-ci ilin 27 sentiyabrda başlayan və44 gün davam edən Vətən müharibəsində 30 ilə yaxın işğal altındaolan Qarabağ torpaqlarlarıni işğaldan azad edərək Azərbaycanınərazi bütövlüyünü təmin etdi və Ulu Öndər Heydər Əliyevin ən böyükarzusunu reallaşdırdı.

Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı AzərbaycanRespublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi iləmüəyyənləşdirilən və həyata keçirilən hərtərəfli düşünülmüş,balanslaşdırılmış xarici siyasət, 44 gün davam edən Vətənmüharibəsində şanlı ordumuzun parlaq qələbəsi nəticəsindətorpaqlarımızın işğaldan azad edilməsi, 19 sentyabr 2023-cü ildəhəyata keçirilən lokal xarakterli antiterror tədbirlərininnəticəsində Azərbaycanın öz suverenliyini tam şəkildə bərpa etməsi,ölkədə həyata keçirilən siyasi, iqtisadi islahatlar, sosial sahədəvə eyni zamanda beynəlxalq aləmdə əldə olunan böyük uğurlarnəticəsində, Azərbaycan dünyaya Günəş kimi döğmuşdur. Bir vaxtlarUlu Öndər Heydər Əliyev demişdir; “Vaxt gələcək Azərbaycan dünyayaGünəş kimi doğacaq”. Bu gün həmin gündür. Azərbaycan dünyaya Günəşkimi doğmuşdur.

Milli Məclisin deputatı,
Rauf Əliyev

Избранный
427
18
az.trend.az

10Источники