RU

"Qarabağ"la oyunda hakimlikdən şikayət etdi: Biraz simpatiya olanda...

"Kəpəz" Azərbaycan Premyer Liqasının 10-cu turunda Tovuz şəhər stadionunda "Qarabağ"a 0:5 hesabı ilə məğlub olub.

Publika.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Oyunun gərgin olacağını bilirdik. İlk dəqiqələrdən istəyirdik ki, uşaqlar rəqibdən çəkinməsinlər. Birinci hissədə buna nail olurduq. Çatışmayan cəhətlərimizin üzərində işləyəcəyik. "Qarabağ"a Avropa Liqasında uğurlar arzulayıram.

- "Neftçi" ilə oyundan sonra komandada ruh yüksəkliyi var idi. Bu məğlubiyyət mənfi təsir edə bilər?

- Elə deməzdim. Birinci hissədə komanda çox xoşuma gəldi. İkinci yarının əvvəlində bir epizodumuz oldu. Onu vura bilsəydik, hər şey başqa cür ola bilərdi. Oyundan-oyuna yaxşı oluruq. Bu gün "Qarabağ"ın Avropa Liqasında oynayan heyətinə qarşı yaxşı çıxış etdik.

- Luis Paçunun qaçırdığı epizod dönüş nöqtəsi oldu?

Избранный
9
4
publika.az

8Источники