RU

Azərbaycan Basketbol Liqası: I turun daha iki görüşü oynanılacaq

Azərbaycan Basketbol Liqasında cari mövsümün ilk turunda A qrupu çərçivəsində bu gün daha iki qarşılaşma gerçəkləşəcək.

Saat 12:30-da başlayacaq və Bakı İdman Sarayında təşkil ediləcək dueldə NTD və "Abşeron" komandaları münasibətlərinə aydınlıq gətirəcəklər.

Lənkəran Olimpiya İdman Kompleksində keçiriləcək və start fiti saat 14:00-da səsləndiriləcək digər oyun isə "Lənkəran" və "Gəncə" kollektivləri arasında olacaq.

Qeyd edək ki, I tura oktyabrın 20-də yekun vurulacaq. Azərbaycan Basketbol Liqasında 12 komanda mübarizə aparır.

Избранный
32
3
cbcsport.az

10Источники