RU

"Qeyri-ciddi fikirə münasibət bildirmək ciddi adamların işi deyil" - Şahin Diniyev

style='margin-bottom:10px;'>

"Səbail"in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının 10-cu turunda səfərdə "Neftçi"yə uduzduqları oyundan (1:3) sonra təşkil olunan mətbuat konfransında iştirak edib.

QOL.az xəbər verir ki, o, əvvəlcə məğlubiyyətin səbəblərindən danışıb: "İstədiyimiz futbolu oynaya bilmirdik. Oyun sistemində böyük problemlərimiz var idi. Kiçik komandayıq. 3 nəfərin olmaması, 4-cünün isə zədəli çıxması özünü göstərdi. Sonuncu oyunda "Şamaxı" ilə matçda oturuşmuş heyətimiz var idi. Bu gün isə həm Fərid Nəbiyev, həm Qorka Laruçça, həm Mert Çelik yox idi, David Qomis də zədəli çıxdı, 4 oyunçu birdən yox idi. O sarıdan istədiyimiz oyunu ala bilmədik. Sanki futbolçular "Neftçi"nin adından qorxdular. Tam olaraq rəqibin üstünlüyü ilə keçən oyun oldu. 

Mütəxəssis qarşıda daha vacib oyunları  gözlədiyini bildirib: "İrəli baxmalıyıq. Qarşıda daha vacib oyunlarımız var. Demişdim ki, "Neftçi" bu heyətlə düşdüyü vəziyyətdən çıxacaq. "Neftçi" yuxarı yerlərlə mübarizə aparan komandadır, yaxşı oyunçuları var. Biz də gərək taleyimizlə barışaq. O mənada yox ki, əlimizi yuxarı qaldıraq. Biz gələcəyə baxmalıyıq, əsasən də qarşıdakı "Sumqayıt" və "Kəpəz"lə matçlar bizim üçün çox vacibdir. Komandanın belə olması, bəlkə də, gələn oyunlarda daha çox motivasiya verəcək. Gələn oyunlarda cəzalı oyunçularımız da meydana qayıdacaqlar. Yaxşı oyun göstərib qalib gəlməyə çalışacağıq".

O, "kiçik komandayıq" ifadəsinə aydınlıq gətirib: "Hakimin, büdcənin üstünə atmaq asandır. Əlində heyət varsa, oynamalısan. 19-20 yaşlı futbolçulara şans verdik. Birdən-birə 4 oyunçu olmayanda komanda öz gücünü göstərə bilmir. Rotasiya üçün ehtiyat oyunçular skamyamız o qədər də zəngin deyil. Kiçik komanda sözünü bu mənada dedim. Yəni istədiyimiz heyət əlimizdə yoxdur. Amma futbolçu heyətə çıxırsa büdcə, maaliyyə qıraqda qalmalıdır. Bu gün istədiyimiz oyunun heç 30-40 faizini oynaya bilmədik". 

İlqar Qurbanovun İTV-də yayımlanan "Sabaha saxlamayaq" verilişində əvvəllər milliyə bəzi oyunçuların sifarişlə cəlb edildiyini deyib. Şahin Diniyev bunu belə şərh edib: "Qurban Qurbanovun yaxşı sözü var, qeyri-ciddi fikirə münasibət bildirmək ciddi adamların işi deyil. O haqda çox danışa bilərəm. İlqarın milliyə gəlməsindən tutmuş bura qədər... İnsan həmişə danışığına fikir verməlidir. Nəyisə müdafiə edirsənsə, ağıllı etməlisən. Savadsız müdafiə qurmaq insana yaraşmır".

O, "Səbail" bu gün istəksiz görünürdü. Sanki Samir Abasovun debüt oyununda ona jest edirdiniz" fikrinə belə cavab verib: "Çox sağ olun. Samir Abasov Qusardan bir kisə fındıq, bir kisə şabalıd gətirmişdi. Amma sualınızın ciddi cavabı odur ki, bu gün futbolda simpatiya mümkün olmayan bir şeydir. Bu gün kim kimə jest etməlidir? 15 xal qabaqda deyilik. 45+2-ci dəqiqədə qol buraxmasaydıq, ikinci hissə tam fərqli olacaqdı.Komanda bu gün uğur qazanmağı çox istəyirdi. Əfsuslar olsun ki, "Neftçi" bütün komponentlərdə bizi qabaqladı. Uduzmağı da etiraf etmək lazımdır".

Избранный
36
1
teleqraf.com

10Источники