RU

“Bura gələndə qruplaşmalarla rastlaşmadım” – Samir Abasov

“Neftçi” Misli premyer-liqasının 10-cu turunda “Səbail”ə qalib gəldi.

“Football-plus.az” “Neftçi”nin baş məşqçisi Samir Abasovun mətbuat konfransının icmalını təqdim edir.

- Şəxsən mənim üçün nə qədər həyəcanlı olduğumu ifadə edə bilmərəm. Bilirəm ki, məndən, komandamdan, futbolçulardan gözləntilər nə qədərdi. Bütün təbriklər oyunçulara düşür. Baş məşqçinin 4-5 gün ərzində nələrisə dəyişməsi mükünsüz bir şeydi. Bugünki oyunda edilən şeylər futbolçulara bağlıdı. Görüləcək iş çoxdu. “Neftçi”ni sevərləri təbrik edirəm.

- "Neftçi"yə çox çətin dövrdə gəldiz. Təcili nəyi düzəltməyi özünüzə borc bildiz?
- Söz-söhbəti biz də eşidirdik. Bura gələndə qruplaşmalarla rastlaşmadım. Bura gələndə futbolçular tərəfindən həddən artıq isti qəbul olundum.

- Rza Cəfərovun kapitan təyin olunmasının səbəbi nədi?
- Bir baş məşqçi kimi bu futbolçuların əksəriyyətini tanımıram. Tanıdığım 2-3 futbolçu qalıb. Bu qərarım müvəqqətidi. Amma daimi də ola bilər. Rzaya kapitanlığı verməyimi təcrübəli oyunçular da qəbul etdilər və məni anladılar. Onlarla etdiyim söhbəti burda danışmaq istəmirəm. İndidən bir-birimizi yaxşı qəbul etsək, yaxşı yerlərə çata bilərik. Hazırda məqsəd kapitanın kimliyi deyil. Əsas məqsədimiz meydanda baş verən proseslərdi.

- Qara Qarayevi geri qaytarmaq fikriniz var?
- Qara məndən əvvəl "Neftçi"dən gedib. Bilmirəm praktikada gedib-gəlmək var, ya yox. Artıq klub tərəfindən qərar verilib. Mən olsaydım, başqa qərar olardı, ya yox. Bunu deyə bilmərəm. Qara Qarayevə hörmətim və sevgim çoxdu. Onun gənc vaxtlarında bir yerdə futbol da oynamışıq. Qaraya uğurlar arzulayıram. Həmişə onun yanındayam. Qara Qarayevi təzliklə meydanda görmək istəyirəm.

- Roman Qriqorçuk "Neftçi"də olan vaxt sizinlə klub arasında danışıq olmuşdu?
- Həmin ərəfədə heç bir danışıq olmayıb. İnanmıram ki, klubun rəhbərləri baş məşqçi ola-ola, başqası ilə danışıq aparsın. Bura gəlməyimdə bəzi səbəblər oldu. Bunu açıqlamaq istəmirəm. "Neftçi"də ən yüksək hədəflər qoyulur, qoyulacaq da. Hədəflərimiz yüksəkdi. İnanıram ki, buna çatacağıq.

- Oyundan sonra Ağadadaş Salyanski ilə nə danışırdız?
- Xoşlayıram ki, məsələni yerində həll edim. Sonra yadımdan çıxa bilər. Ağadadaşa məsləhətlərimi verirdim.

- "Sumqayıt"da olanda demişdiz ki, "şəhərimin komandasındayam". Şəhərinizin komandasını pis vəziyyətdə qoyub getdiyinizi düşünmürsüz?
- Nəyə görə elə dediyim həmin günə aid idi. O vaxt "Sumqayıt"daydım, indi "Neftçi"dəyəm. Sumqayıtda böyük sevgi gördüm. Onlara dərin təşəkkürümü bildirirəm. Futbolçulara təşəkkür edirəm ki, uğurlu mövsüm keçirdim. Artıq bu keçmişdədi, indi "Neftçi" haqda danışmalıyıq.

ƏSƏD SEYİDOV

Избранный
36
7
football-plus.az

8Источники