Bakı. Trend:
Azərbaycanda elmin maliyyələşdirilməsində yeni modelin tətbiqedilməsi və bununla bağlı əmək haqqı üzrə fərqləndirmələrin tətbiqedilməsi təklif edilir.
Trend xəbər verir ki, bunu Milli Məclisin plenar iclasındamaliyyə naziri Samir Şərifov çıxış edib.
Nazir qeyd edib ki, Prezidentin müvafiq fərmanına uyğun olaraqbu sahədə də genişmiqyaslı islahatlar həyata keçiriləcək.
"Bu barədə də müvafiq qurumlar aidiyyəti məlumatlarıdeputatların və ictimaiyyətin diqqətinə çatdıracaq", - deyə o əlavəedib.
Qeyd edək ki, bu gün Milli Məclisin növbəti iclası keçirilir.İclasda 20 məsələ müzakirə olunur.