RU

Baş Prokurorluğun nümayəndəsi Beynəlxalq təşkilat tərəfindən təşkil olunan seminarda iştirak edib - Vətən Naminə

">

Baş Prokurorluqdan VETENNAMİNE.AZ -a verilən məlumata əsasən, seminarda Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin İnformasiya texnologiyaları xidmətinin rəhbəri Elşən Məmmədov ekspert qismində iştirak etmişdir.

Tədbirdə “Azərbaycan Respublikasının prokurorluq orqanlarının işində informasiya texnologiyalarının tətbiqi” mövzusunda çıxış edən Baş Prokurorluğun nümayəndəsi, prokurorluq orqanlarında aparılan genişmiqyaslı islahatlar çərçivəsində Azərbaycan Respublikası Prezidentinin 3 mart 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş və prokurorluğun bütün fəaliyyət istiqamətlərini vahid elektron platformada birləşdirən “Elektron prokurorluq informasiya sistemi”nin fəaliyyəti barədə geniş məlumat vermişdir.

Vətən Naminə Mətbuat Xidməti

Избранный
100
vetennamine.az

1Источники