Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Əlcəzairə rəsmi səfərə gedib.Gununsesi.info xəbər verir ki, Huari Bumedien hava limanında Ərdoğanı Əlcəzair prezidenti Əbdülməcid Tebbun qarşılayıb.Milli geyimli uşaqlar Türkiyə prezidentinə gül dəstələri təqdim ediblər.Sonra hava limanında Türkiyə dövlətinin başçısının rəsmi qarşılanma mərasimi olub.Hər iki ölkənin dövlət himnləri səsləndirilib.Türkiyə liderini səfərdə xarici işlər naziri Hakan Fidan, ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, xəzinə və maliyyə naziri Mehmet Şimşək, milli müdafiə naziri Yaşar Gülər, ticarət naziri Ömər Bolat, nəqliyyat naziri və infrastruktur naziri Abdulkadir Uraloğlu, Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın, Prezident Administrasiyasının Kommunikasiya idarəsinin müdiri Fahrettin Altun və prezidentin baş müşaviri səfir Akif Çağatay Kılıç müşayiət edir.Gununsesi.info
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта