RU

"Fənərbaxça"nın legionerinə "Qalatasaray"dan təklif var

"Fənərbaxça" ilə müqaviləsi mövsümün sonunda başa çatan Brayt Osayi-Samuel komandadan ayrılan bilər.

Apasport.az xəbər verir ki, nigeriyalı sağ cinah müdafiəçisi klubla yeni sözləşmə barədə razılıq əldə edə bilməyib. Tərəflər maaş məsələsində anlaşa bilmir.

Osayi-Samuelin "Fənərbaxça"nın əzəli rəqibi "Qalatasaray"a keçmək ehtimalı var. Bu barədə futbolçunun meneceri Steven Bek klubu məlumatlandırıb. O, "sarı-lacivərtlilər"in rəhbərliyinə "Qalatasaray"dan illik 2,5 milyon avroluq maaş təklifi aldıqlarını və müdafiəçinin bundan aşağı maaşla yeni sözləşmə imzalamayacağını bildirib.

Qeyd edək ki, "Fənərbaxça" Brayt Osayi-Samueli 2021-i ilin yanvar ayında QPR-dən transfer edib. 26 yaşlı arxa xətt oyunçusu bu mövsüm komandanın heyətində meydana çıxdığı 7 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

"Arsenal"la matç öncəsi "Liverpul"da itki

PSJ Mbappeyə 55 milyon avro ödəyə bilər

AL: "Qalatasaray"ın oyunçusu həftənin qolu mükafatına namizəddir

"Beşiktaş" "Lion"un seriyasına son qoyub

ÇL: Vinisius həftənin ən yaxşı oyunçusu seçilib

Избранный
38
2
apasport.az

5Источники